Rayon İH-də ulu öndərimiz, dünya siyasətində yenilməz lider olan Heydər Əliyevin anım mərasimi keçirildi. Başda İH-nin başçısı Ş.Usubov olmaqla tədbir iştirakçıları ulu öndərin abidəsini ziyarət etdilər və abidənin önünə gül dəstələri qoydular.
Tədbirdə ömrünü xalqının firavanlığına həsr edən dahinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, keçdiyi mənalı və şərəfli həyat yolu haqqında geniş müzakirələr aparıldı.
Rayonun idarə və müəssisələrində də anım mərasimləri keçirildi, unudulmaz dahi rəhbərin işıqlı, nurlu xatirəsi hörmətlə yad edildi.